"Mançester Yunayted" "Vulverhempton"un hücumçusu Mateus Kunyanın keçidini həll edib.

Matc.az xəbər verir ki, bnbu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

"Qırmızı şeytanlar" braziliyalı forvard üçün onun klubuna 70 milyon avro təzminat ödəyəcək. 25 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Mateus Kunya bu mövsüm "Vulverhempton"un heyətində keçirdiyi 36 oyunda 17 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest