Florian Virtsi transfer edə bilməyən "Bavariya" onun əvəzinə başqa oyunçunu gündəminə alıb.

Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Almaniya klubu "Mançester Yunayted"in kapitanı  Bruno Fernandeşi transfer etmək istəyir.

"Bavariya" portuqaliyalı yarımmüdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayacaq. Bundesliqa nəhəngi 30 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Bruno Fernandeş bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 57 oyunda 19 qol vurub, 20 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest