Türkiyə Super Liqasını tərk edəcək sonuncu komandanın adına aydınlıq gəlib.

Matc.az xəbər verir ki, mövsümün bitməsinə 1 tur qalmış "Bodrum"un elitanı tərk edəcəyi dəqiqləşib.

Bodrumlular 37-ci turda səfərdə "Kayserispor"la 1:1 hesablı heç-heçə edib. "Ağ-yaşıllar" son tur öncəsi 17-ci yerdə olan "Alanyaspor"dan 5 xal geri qalır.

Qeyd edək ki, daha əvvəl  "Adana Demirspor", "Hatayspor" və "Sivasspor"un 1-ci Liqaya düşəcəyi rəsmiləşmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest