26 May 2025, 15:50
FUTBOL
"Napoli"ni İtaliya çempionu edən Antonio Konte komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
İtalyan mütəxəssislə klub rəhbərliyi arasında fikir ayrılığı var. Neapol təmsilçisi baş məşqçi postuna Massimiliano Alleqrini gətirməyi planlaşdırır.
Qeyd edək ki, Antonio Konte mövsümün əvvəlində "Napoli"nin baş məşqçisi təyin olunub.