26 May 2025, 18:51
FUTBOL
"Yuventus" "Fənərbaxça"ya icarəyə göndərdiyi Filip Kostiçlə bağğlı qəərarını dəyişib.
Matc.az xəbər verir ki, A Seriyası nəhəngi serbiyalı vingeri geri qaytaracaq. Bu barədə klubun idman direktoru Kristiano Qintoli məlumat verib:
"Kostiç və Daniel Ruqani ("Ayaks") geri qayıdacaqlar. Çoxlu zədəli futbolçumuz var".
Qeyd edək ki, Filip Kostiç mövsümün əvvəlində "Fənərbaxça"ya icarəyə verilib. 32 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində keçirdiyi 33 oyunda 2 qol vurub, 8 qol ötürməsi edib.