"Barselona" heyətinə yeni qapıçı cəlb etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

La Liqa nəhənginin əsas hədəfi "Espanyol"da çıxış edən Xoan Qarsiyadır. "Barselona" İspaniya millisinin üzvü üçün 25 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Xoan Qarsiya "Espanyol"un yetirməsidir. 24 yaşlı qolkiper bu mövsüm La Liqa təmsilçisinin heyətində 38 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest