“Liverpul”un keçmiş yarımmüdafiəçisi və kapitanı Stiven Cerrard Madrid “Real”ının müdafiəçisi Trent Aleksandr-Arnoldu sabiq klubuna geri gətirib-gətirməyəcəyi ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, bu barədə “Anfield Edition” “X” sosial şəbəkəsində məlumat yayıb. 
 
Aleksandr-Arnold 2016-cı ildən 2025-ci ilə qədər Mersisayd təmsilçisinin heyətində çıxış edib. İngiltərəli futbolçunun geri qayıtmasına münasibət bildirən Cerrard onun istedadını yüksək qiymətləndirib: 
 
“Bacarıq və istedad baxımından, həmçinin əldə etdiyi nailiyyətləri nəzərə alsaq, “bəli” deyərdim. Lakin klubdakı əvvəlki dövrünün necə başa çatdığını və bunun hələ də həssas bir mövzu olduğunu nəzərə alsaq... şəxsən mən onu geri gətirərdim; bunu inkar etməyəcəyəm”. 
 
Bununla belə, sabiq kapitan transferin indiki mərhələdə nə dərəcədə doğru qərar olacağı ilə bağlı ehtiyatlı davranıb:
 
“Amma bu, hazırkı heyət, baş məşqçi və “Liverpul”un mövcud vəziyyəti üçün doğru addımdırmı? Buna əmin deyiləm. O, “Liverpul”un heyətini və komandasını daha yaxşı edirmi? Bacarıq və istedad baxımından – 100%. Sadəcə, bunun hazırkı məqamda komanda üçün düzgün qərar olub-olmadığına əmin deyiləm”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest