Portuqaliyalı mütəxəssis Nuno Espirito Santo “Vest Hem” klubunun baş məşqçisi vəzifəsindən ayrılıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Ötən mövsüm İngiltərə Premyer Liqasında mübarizə aparan London təmsilçisi hazırda Çempionşipdə keçirdiyi 13 oyundan sonra turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.
Klubun rəsmi bəyanatında dəyişikliyin zəruri olduğu vurğulanıb: “Çempionşip mövsümünün başlanğıcını hərtərəfli təhlil etdikdən sonra rəhbərlik belə qənaətə gəlib ki, klubun qarşıya qoyduğu məqsədlərə çatması və gözləntiləri doğrultması üçün dəyişikliklər zəruridir”.
Baş məşqçi ilə yanaşı, onun məşqçilər korpusunda yer alan köməkçisi Rui Pedro Silva və qapıçılar üzrə məşqçi Rui Barbosa da klubu tərk ediblər.













