“Ümumi futbol səviyyəsi baxımından yanaşsaq, Çempionlar Liqasında təsadüfi komanda olmur”. Bu sözləri matc.az saytına “Qəbələ” və “Araz-Naxçıvan” klublarının sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

Təmsilçimiz “Sabah” Çempionlar Liqasının liqa mərhələsinin IV turu çərçivəsində növbəti oyuna çıxacaq. Azərbaycan çempionu sabah Norveçdə “Vikinq”in qonağı olacaq.

Baxşıyevin fikrincə, rəqib güclü komandadı: “Düzdü, digər rəqiblər qədər tanınmış ad olmasa da, Norveç klublarının son illərdə nümayiş etdirdiyi nəticələr bu ölkə futbolunun inkişaf etdiyini göstərir. Ölkəsinin son çempionu olan “Vikinq”i “Sabah” üçün çətin rəqib hesab etmək olar. Komandanın öz meydanında “Bavariya” ilə heç-heçə etməsi də onun adlı-sanlı rəqiblərə qarşı problem yarada biləcək gücdə olduğunu göstərir. Heyətinin böyük hissəsini norveçli futbolçular təşkil edir. İzlədiyim bir qarşılaşmada komandanın hücuma çox sürətli çıxdığını və ön xətdə kifayət qədər təhlükəli olduğunu müşahidə etdim”.

Mütəxəssisin sözlərinə görə, Norveç klubları doğma meydanda daha üstün çıxış edə bilirlər: “Həm azarkeş dəstəyi, həm süni örtüklü meydança, həm də soyuq iqlim rəqiblər üçün əlavə çətinlik yaradır. “Sabah” bu amillərə tez uyğunlaşa bilsə, uğurlu nəticəyə ümid etmək mümkündür”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest