“Porto”nun baş məşqçisi Françesko Farioli UEFA Çempionlar Liqasının IV turunda “Napoli” ilə keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis rəqiblə görüşün komandası üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

O, bu qarşılaşmanın turnirdə ilk xalları qazanmaq baxımından həlledici olacağını vurğulayıb.

Farioli son oyunlarda ehtiyat oyunçularının da komandaya mühüm töhfə verdiyini diqqətə çatdırıb. Baş məşqçi kollektivin potensialına inandığını və heyətdəki futbolçuların hamısının vacib rol oynadığını qeyd edib.

“Komandamın gücünə ürəkdən inanıram. Son qarşılaşmalarda ehtiyat oyunçularının meydana daxil olaraq komandaya nə qədər fayda verdiyini bir daha gördük. Qarşıda bizi vacib oyunlar gözləyir. Bunlardan birincisi “Napoli” ilə görüşdür və Çempionlar Liqasında ilk xallarımızı qazanmaq üçün həlledici olacaq”, – deyə Farioli bildirib.

Qeyd edək ki, “Porto” noyabrın 4-də Çempionlar Liqasının liqa mərhələsinin IV turunda doğma meydanda “Napoli”ni qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest