“Barselona” bu yarışın qalibi olmaq üçün əsas favoritlərdəndi”. Matc.az xəbər verir ki, bunu “Aston Villa”nın baş məşqçisi Unay Emeri deyib.
UEFA Çempionlar Liqasının liqa mərhələsinin növbəti turu çərçivəsində üz-üzə gələcək klubların çalışdırıcıları oyunöncəsi mətbuat konfranslarında rəqiblər və turnir barədə açıqlamalar veriblər.
“Barselona”nın qonağı olacaq “Aston Villa”nın çalışdırıcısı Unay Emerinin fikrincə, Kataloniya təmsilçisini turnirin əsas favoritlərindən birifir: “Hazırda onların altı, bizim isə doqquz xalımız var. Bizi Çempionlar Liqasındakı bəlkə də ən çətin oyun gözləyir. Biz öz üslubumuza, keyfiyyətlərimizə sadiq qalmalı və meydanda maksimum fokuslanmalıyıq”.
Xatırladaq ki, “Barselona” – “Aston Villa” görüşü bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.













