İspaniyanın “Segunda Division”unda mübarizə aparan “Tenerife” klubunun 30 yaşlı hücumçusu Xesus de Migel vəfat edib. Matc.az xəbər verir ki, futbolçu dünən “Andorra”ya qarşı keçirilən oyun zamanı ürəyinin dayanmasından sonra xəstəxanaya yerləşdirilmişdi.
 
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Hadisə İspaniya çempionatının 12-ci turu çərçivəsində baş tutan “Andorra” – “Tenerife” matçında qeydə alınıb. Görüş 2:2 hesabı ilə davam edərkən De Migelin səhhətində ciddi problem yaranıb və qarşılaşma dayandırılıb. İlkin məlumatlara görə, oyunun sonlarına yaxın hücumçu rəqib komandanın qapıçısı Xesus Ovononun zərbəsi nəticəsində sinə nahiyəsindən zədə alıb.
 
Hadisədən sonra futbolçuya dərhal tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb. De Migel reanimasiya şöbəsinə yerləşdirilsə də, huşunu özünə qaytara bilməyib. Daha əvvəl onun sərbəst nəfəs aldığı bildirilsə də, vəziyyətinin ağır olaraq qaldığı qeyd olunmuşdu.
 
“Tenerife” klubu futbolçunun noyabrın 3-də, səhər saat 08:00-da xəstəxanada vəfat etdiyini rəsmən açıqlayıb.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest