“Andorra” klubunun qapıçısı Xesus Ovono İspaniya “Segunda Division”unda keçirilən oyun zamanı yaşanan faciəvi hadisədən dərhal sonra dərin psixoloji sarsıntı keçirib. Matç.az “sport.es” nəşrinə istinadən xəbər verir ki, “Tenerife” – “Andorra” (2:2) qarşılaşmasının son dəqiqələrində toqquşma nəticəsində ağır xəsarət alan “Tenerife”nin 30 yaşlı hücumçusu Xesus de Migel noyabrın 3-də xəstəxanada vəfat edib.

Qeyd olunur ki, epizod zamanı sinə nahiyəsinə zərbə alan de Migeldə ürək dayanması baş verib. Hadisə anından etibarən "Andorra"nın soyunub-geyinmə otağında böyük həyəcan və narahatlıq yaşanıb. Klub rəhbərliyi qapıçı Ovonon rəqib oyunçuya qəsdən xəsarət yetirmək niyyətində olmadığını vurğulasa da, toqquşmanın faciə ilə nəticələndiyini təsdiqləyib. Baş verənlərdən sonra sarsılan qapıçının vəziyyətinin ağır olduğu bildirilir.

Faciəvi matçdan sonra Ovono ciddi ictimai təzyiqlə qarşılaşıb. Sosial şəbəkələrdə kəskin təhqirlərə və hədələrə məruz qalan, hətta bəzi istifadəçilər tərəfindən “qatil” adlandırılan futbolçu bütün sosial media hesablarını silmək məcburiyyətində qalıb. Buna baxmayaraq, o, klubun nümayəndələri və tibbi heyət vasitəsilə de Migelin səhhətindəki son vəziyyəti anbaan izləməyə davam edib.

Mənbələr bildirir ki, Xesus Ovono hər hansı ictimai açıqlama verməzdən öncə mərhum futbolçunun ailəsi və yaxınları ilə şəxsi qaydada əlaqə saxlamaq, onlara başsağlığı vermək niyyətindədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest