Matçın 35-ci dəqiqəsində Edmund Baidooya göstərilən sarı vərəqə də müzakirələrə səbəb olub: “73-cü dəqiqədə Maamarı (“Anderlext”in futbolçusu) yenə yıxdılar, hakim isə fit çalmadı”.
Azərbaycanlı hakim Elçin Məsiyev UEFA Avropa Liqasının liqa mərhələsinin “Anderlext” (Belçika) – “Salzburq” (Avstriya) oyununu idarə edib. Matc.az xəbər verir ki, meydan sahiblərinin 2:0 hesabı ilə qələbə qazandığı görüşdə həmyerlimizin qərarları diqqət çəkib.
Belçika mətbuatının qarşılaşmanın gedişatı ilə bağlı canlı şərhində avstriyalı futbolçuların çoxsaylı qayda pozuntularına yol verdiyi vurğulanıb.
Matçın 35-ci dəqiqəsində Edmund Baidooya göstərilən sarı vərəqə də müzakirələrə səbəb olub: “73-cü dəqiqədə Maamarı (“Anderlext”in futbolçusu) yenə yıxdılar, hakim isə fit çalmadı”.
Canlı yayımın müəllifi qeyd edir ki, qaydanı pozan “Salzburq”un futbolçusu bu faulla ikinci sarı vərəqəsini ala bilərdi. Qərar verilsəydi, qonaqlar sonrakı 20 dəqiqəni azlıqda qalardı.
Qeyd edək ki, qarşılaşmada baş hakimin köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, VAR hakimi isə ingiltərəli Maykl Solsber olub.













