06 Noyabr 2026, 15:49
FUTBOL
Namik Qədirov bundan sonra klubun strateji inkişafına, ümumi idarəetməsinə, eləcə də idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.
“Gəncəbasar” Peşəkar Futbol Klubunda yeni təyinat gerçəkləşib. Matc.az xəbər verir ki, klubun təsisçisi Həşim Mövsümzadənin müvafiq əmri ilə Namik Ələddin oğlu Qədirov “Gəncəbasar” PFK-nın yeni prezidenti təyin edilib.
Namik Qədirov bundan sonra klubun strateji inkişafına, ümumi idarəetməsinə, eləcə də idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.
“Gəncəbasar” PFK yeni prezidentini təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.













