Oyundan sonra klub televiziyasına danışan “Seltik”in baş məşqçisi Martin O`Nil hücumçunun çıxışından razılığını ifadə edib. O, Duranın bütün mövsüm ərzində yaxşı təsir bağışladığını və yüksək səviyyəli futbolçu olduğunu vurğulayıb.

Avropa Liqasının IV turunda “Seltik” doğma meydanda “Beşiktaş”la qarşılaşıb. Matc.az xəbər verir ki, meydan sahiblərinin 3:2 hesabı ilə qalib gəldiyi görüşün qəhrəmanı vaxtilə “Qarabağ”ın formasını geyinmiş Kamilo Duran olub.

20 yaşlı futbolçu meydana 61-ci dəqiqədə çıxıb. O, 78-ci dəqiqədə hesabı 2:1 edib, 87-ci dəqiqədə isə komandasına qələbə qazandıran qolu vurub.

Oyundan sonra klub televiziyasına danışan “Seltik”in baş məşqçisi Martin O'Nil hücumçunun çıxışından razılığını ifadə edib. O, Duranın bütün mövsüm ərzində yaxşı təsir bağışladığını və yüksək səviyyəli futbolçu olduğunu vurğulayıb.

Qeyd edək ki, Kamilo Duran 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək “Qarabağ”da çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest