06 Noyabr 2026, 10:42
FUTBOL
“Sabah” klubu fransalı yarımmüdafiəçi Zinəddin Uld Xaledlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi məlumatında bildirilir.
Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
26 yaşlı Zinəddin Uld Xaled 2025-ci ildən “Sabah”da çıxış edirdi.
Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.














