Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra “Mançester Yunayted”də rəhbər vəzifə tuta və ya klubun sahibi ola bilər. Matc.az xəbər verir ki, bu barədə portuqaliyalı ulduzun keçmiş fiziki hazırlıq məşqçisi Mik Kleqq bildirib.
 
O, “Manchester Evening News” nəşrinə açıqlamasında bildirib ki, Ronaldo gələcəkdə baş məşqçi kimi fəaliyyət göstərməkdə də maraqlı ola bilər. Kleqq hesab edir ki, portuqaliyalı futbolçu karyerası ərzində bir çox məşqçinin işini yaxından izləyib və onların qarşılaşdıqları çətinliklərdən təcrübə qazanıb:  “Düşünürəm ki, o, baş məşqçi kimi özünü sınamaq istəyərdi. O, yaxşı və pis məşqçinin kim olduğunu yaxşı bilir. Özünəməxsus məşqçi olardı, çünki açıq fikirli insandır və başqalarını dinləməyi bacarır”.
 
 
Keçmiş məşqçi Ronaldonun “Mançester Yunayted”də klub rəhbəri və ya baş məşqçi kimi çalışmaqdan zövq ala biləcəyini də vurğulayıb. Onun fikrincə, portuqaliyalı ulduz daim gələcəyini planlaşdıran və hadisələrin öz axarına buraxılmasını gözləməyən insandır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest