Fransanın “Lill” klubunun prezidenti Olivye Letan altı ay müddətinə bütün peşəkar vəzifələrindən kənarlaşdırılıb. Matc.az xəbər verir ki, buna səbəb funksionerin PSJ ilə oyundan sonra hakimləri tənqid etməsi olub.
 
Hadisə Fransa çempionatının II turu çərçivəsində, avqustun 28-də keçirilən “Lill” – PSJ (2:2) qarşılaşmasından sonra baş verib.
Sentyabrın 16-da Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi Letana 20 min avro məbləğində cərimə tətbiq etmişdi. Lakin Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi bu cəzanı həddindən artıq yumşaq hesab edərək qərardan apellyasiya şikayəti verib.
 
Şikayətə baxıldıqdan sonra funksionerə qarşı sanksiya sərtləşdirilib. Belə ki, Letan altı ay müddətinə bütün peşəkar vəzifələrindən kənarlaşdırılıb. Bu müddətin iki ayı şərti xarakter daşıyır.
 
Bununla yanaşı, ona əvvəllər tətbiq edilmiş 20 min avroluq cərimə də qüvvədə saxlanılıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest