Fransa yığmasının sabiq baş məşqçisi Didye Deşam "Mançester Yunayted"in baş məşqçisi postuna gətirilmək təklifini qəbul etməyib. Matc.az saytının "Daily Mirror" nəşrinə istinadən məlumatına görə, təcrübəli mütəxəssis bu vəzifəni ümumiyyətlə nəzərdən keçirmədiyini açıqlayıb.

Deşam millidən ayrıldıqdan sonra bir müddət fasilə götürməyi, gələcəyi barədə dərindən düşünməyi və növbəti peşəkar addımına qərar verməyi planlaşdırır.

Xatırladaq ki, çətin günlər keçirən "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində cəmi 7 xalla 17-ci pillədə qərarlaşıb. Komandaya müvəqqəti olaraq Maykl Kerrik rəhbərlik edir.

Klub rəhbərliyinin Deşama edilən imtina cavabından sonra baş məşqçi axtarışlarını hansı istiqamətdə davam etdirəcəyi hələlik məlum deyil.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest