Azərbaycanlı cüdoçu 9-cu dəfə dünya çempionu oldu
Dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fərhad Rəcəbli finalda Almaniya təmsilçisi Andreas Bartşı məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.