"Zirə"nin müdafiəçisi Alvaro Ampuero ölkəsi Peru mətbuatına müsahibə verib. Matc.az saytının məlumatına görə, 27 yaşlı sol cinah oyunçusu Premyer Liqanın səviyyəsi və Azərbaycan barədə danışıb.

- Mövsümün əvvəlində "Universidad San Martin"dən icarə əsasında "Zirə"yə keçdiniz. Burda gördükləriniz sizi təəccübləndirmədi?

- Azərbaycana gələrkən burdakı rəqabət səviyyəsindən xəbərsiz idim. Açığı, bu mənada təəccübləndim. çünki Azərbaycanda yüksək səviyyədə çempionatla tanış oldum. çox yaxşı avropalı oyunçuları var. Bu çempionatdan çempionlar Liqasına, Avropa Liqasına gedən komanda gedir. Yeni sıçrayış üçün yaxşı başlanğıcdı. Mövsümöncəsi təlim-məşq toplanışında Türkiyədəki komandalarla yoxlama görüşü keçirirsiniz. Bütün bunlar tramplin ola bilər.

- Komandanızın avrokubok şansını necə görürsünüz?

- Gələn mövsüm Avropa Liqasına vəsiqə qazanmaq şanslarımız var. çempionatın ən güclüsü olan "Qarabağ" istisna, digərləri fərqli komandalardı.

- Yerli mədəniyyətə və dilə uyğunlaşmaq sizə çətin olmur?

- Cənubi Amerika ilə müqayisədə fərqli şeylər var. Təxminən iki aydı burdayam, öyrəşməyə çalışıram. Dil məsələsi çox mürəkkəbdi. Düşünürəm ki, heç vaxt öyrənməyəcəm. Şükürlər olsun ki, komandada çox kömək edən tərcüməçimiz var. Ən çox işlədilən bir neçə söz bilirəm və onlar marketdə alış-veriş zamanı məni vəziyyətdən çıxarır. Rus dili kimi çox çətindi. İngilis dilində bildiklərimlə gündəlik olaraq özümü idarə etməyə çalışıram.

- Yemək baxımından problem yaşamırsınız?

- Buranın yeməkləri müxtəlifdi. Buna baxmayaraq, tərəfdaşımla birlikdə hazırlaya biləcəyim bəzi şeylər var. ünsiyyət mövzusunda isə heç bir problemim yoxdu. Hər şeydən xəbərdaram. Peruda siyasi məsələlərdə baş verənləri bir az gec bilirəm.

- Sonuncu dəfə 2013-cü ildə çağırıldığınız Peru millisinə qayıtmaq istərdinizmi?

- Peru millisini daim izləyirəm. Amma mən hər zaman zəng gözləyirəm. Yığmanın məşqçilər korpusu Azərbaycana gəlməzdən əvvəl mənimlə əlaqə saxlamışdı. Lakin ondan sonra baş məşqçi Rikardo Kareka və federasiya ilə əlaqə qura bilmədim.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest