Portuqaliyalı yarımmüdafiəçi Luis Nani birgə oynadığı futbolçulardan beş nəfərlik rəmzi heyət düzəldib. Matc.az xəbər verir ki, o, özünü həmin komandanın baş məşqçisi təyin edib:

"David De Xeanı qapıya qoyacam. Məncə, o, dünyanın ən yaxşı qapıçılarından biridir. David mənim yaxın dostumdur. Ancaq qapıda durması üçün özü ilə eynək götürməlidir. Onun buna ehtiyacı var. Deko bütlərimdən biridir. Mənə çox şey öyrətdi. Onun çox əla texnikası var. Bruno Alves müdafiəçi kimi möhtəşəmdir. Lazım olanda oynayır, lazım olanda məhv edir. Təbii ki, komandanın bir üzvü də ən sürətli olan Kristiano Ronaldo. O, məndən çox şey öyrənib, özü də bunu bilir (gülür). Beşinci isim Pol Skoulsdur. Komandanın baş məşqçisi isə özüməm".

Qeyd edək ki, Nani hazırda MLS-də çıxış edən "Orlando Siti"də forma geyinir. O, daha öncə "Sportinq" (Lissabon), "Mançester Yunayted", "Fənərbaxça", "Valensiya" və "Latsio" kimi klublarda oynayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest