Fransa millisinin sabiq oyunçusu Bakari Sanya "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbaya "Yuventus”a qayıtmağı tövsiyə edib. Matc.az xəbər verir ki, o, həmyerlisinin İtaliyada daha uğurlu çıxış edəcəyini düşünür:

"Düşünürəm ki, Poqba "Yuventus"a qayıdacaq. Çünki İngiltərədə ona qarşı soyuq münasibət var. Əgər "Real"a getsə, onun üçün asan olmayacaq. Çünki Poqba hazırda yaxşı vəziyyətdə deyil. Ondan çox şey tələb edəcəklər. Pol seçimini düzgün etməlidir. Məncə, Poqba “Yuventus”a gəlsə, daha doğru qərar vermiş olar”.

Qeyd edək ki, “Mançester Yunayted” fransalı futbolçunu komandada saxlamaq istəsə də, oyunçu ayrılmaq niyyətindədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest