"Mançester Yunayted" 140 milyon funt sterlinq kredit götürüb. Matc.az xəbər verir ki, bu vəsait komandaya yeni oyunçular cəlb etmək üçün alınıb.

Məlumata görə, Mançester təmsilçisi heyətə 3 futbolçu qatmaq niyyətindədir. Klubdan verilən açıqlamada bu vəsaitin komandanın gələcək planları üçün vacib olduğu bildirilib.

Qeyd edək ki, "qırmızı şeytanlar" bir həftə öncə ötən illə müqayisədə borcun 127,4 milyon funt sterlinq artdığını açıqlayıb. Hazırda "Mançester Yunayted"in 429 milyon borcu var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest