Qış təlim-məşq toplanışını davam etdirən "Kəpəz" hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirəcək.
	Matc.az xəbər verir ki, Gəncə klubu "Turan Tovuz" ilə qarşılaşacaq.
	Matç yanvarın 17-də Tovuzda baş tutacaq. Oyun saat 13:00-a təyin olunub.
	Xatırladaq ki, "Kəpəz" bundan əvvəl yoxlama görüşündə "Neftçi" (0:1) ilə qarşılaşıb.
				
         	
                                             
               
            
 










