Topaz Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb. Turun görüşləri 2 günü əhatə edəcək. “Sabah” – “Qəbələ” matçı ilə başlayacaq ilk oyun günündə “Qarabağ”la “Sumqayıt” da üz-üzə gələcək.

Topaz Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb. Matc.az PFL-in saytına istinadən xəbər verir ki, turun görüşləri 2 günü əhatə edəcək.

“Sabah” – “Qəbələ” matçı ilə başlayacaq ilk oyun günündə “Qarabağ”la “Sumqayıt” da üz-üzə gələcək. Ertəsi gün isə öncə “Keşlə” və “Neftçi” arasında paytaxt derbisi, ardınca “Səbail”lə “Zirə”nin dueli baş tutacaq.

Turun bütün qarşılaşmaları “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Topaz Premyer Liqası

XVI tur

9 fevral (şənbə)

16:00. “Sabah” – “Qəbələ”

“Əlincə Arena”

18:30. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”

10 fevral (bazar)

14:00. “Neftçi” – “Keşlə”
“Bakcell Arena”

16:30. “Səbail” – “Zirə”
“Bayıl Arena”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest