"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo klub sahibi olmaq istəyir. Matc.az xəbər verir ki, portuqaliyalı superulduz karyerasını bitirdikdən sonra bu barədə düşüncəyəni bildirib:

"İspaniyaya çoxlu sərmayə qoyuram. Bu ölkəyə bağlıyam. Orada evim var və İspaniyada yaşamağa ümid edirəm. Karyeramı bitirdikdən sonra klub almağı istisna etmirəm. Bəli, hansısa futbol klubunun sahibi olmaq istərdim".

Qeyd edək ki, Ronaldo bu ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. O, daha 2-3 il oynamağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest