"Real"ın hücumçusu Kilian Mbappe "Qızıl top-2026" mükafatının favoriti səsverməsində "L'Équipe" oxucularının sorğusuna başçılıq edir.
Matc.az xəbər verir ki, bu barədə "French Football Weekly" nəşri məlumat yayıb.
Bildirilir ki, fransalı hücumçu 34,2 faiz səs toplayıb. İkinci yeri 24,3 faiz səslə PSJ-nin vingeri Xviça Kvarasxeliya, üçüncü yeri isə 8,6 faiz səslə "Bavariya"nın hücumçusu Harri Keyn tutub.
Sorğu davam edir, ona görə də səslərin nisbəti dəyişə bilər. Bu səsvermə azarkeşlərin proqnozlarını əks etdirir, mükafatın qalibini isə 100 jurnalistdən ibarət münsiflər heyəti müəyyən edir.
Rəsmi səsvermə sentyabrın 28-də başa çatıb. "Qızıl top"un sahibinin adı oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə elan olunacaq.













