13 Mart 2025, 15:50
FUTBOL
“Liverpul”un hücumçusu Məhəmməd Salah karyerasını Avropada davam etdirə bilər. Matc.az xəbər verir ki, ərəb ölkələrindən sərfəli təklifləri olan misirli forvardın “Barselona” variantı da ortaya çıxıb.
Maraqlıdı ki, Salah özü də İspaniya klubunda oynamaq arzusundadı. Lakin 32 yaşlı forvard “Barselona”ya keçmək üçün 15 milyon funt-sterlinq təşkil edən maaşını əhəmiyyətli dərəcədə azaltmağa razılaşmalıdı. Buna müsbət yanaşsa, mövsümün sonunda azad agent kimi kataloniyalılarla anlaşa bilər.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un formasını geyinir.