“Barselona”nın sabiq prezidentləri “Neqreyra” işi ilə bağlı məhkəməyə çağırılıb. Matc.az xəbər verir ki, Barselona 13-cü İstintaq Məhkəməsinin hakimi Sandro Rosel və Jozep Bartomeunu özlərini müdafiə etmələri üçün ifadəyə çağırıb.
Bartomeu və Xose Mariya Neqreyranın həyat yoldaşı Ana Paola Rufas iyunun 17-də ifadə verəcəklər. Məhkəmə iclasından dərhal sonra funksioner bəyanat verəcək.
Rossel, “Barselona”nın sabiq direktorları Albert Soler, Oskar Qrau, həmçinin Neqreyranın oğlu Xavyer Enrikes iyunun 30-da məhkəməyə çıxacaqlar.
Bundan əlavə, hakimin qərarı ilə istintaq altı ay uzadılıb. Bu müddət ərzində həm prokurorluq, həm də La Liqa araşdırmanı uzatmağı tələb etmişdi.
Qeyd edək ki, “Barselona”nın sabiq prezidentləri İspaniya Kral Futbol Federasiyasının keçimş vitse-prezidenti Xose Mariya Neqreyraya rüşvət verməkdə ittiham olunurlar.