Bölgə təmsilçisi yarımmüdafiəçi Fransişku Moraiş ilə rəsmi müqavilə imzalayıb.

"İmişli" PFK yay transfer dövründə daha bir futbolçunu heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Deko" ləqəbli Fransisko Morais ilə 2+1 illik rəsmi müqavilə imzalanıb.

Karyerası ərzində Anqolanın "Petro Luanda U19", eləcə də Portuqaliyanın "Kasterense" və "Alverka B" komandalarının formasını geyinən afrikalı yarımmüdafiəçinin son klubu məhz Portuqaliya təmsilçisi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest