Azərbaycan idmançılarının 2025-ci il noyabrın 1-nə olan reytinq cədvəli açıqlanıb.
Matc.az xəbər veir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Siyahıya Ülvi Qənizadə liderlik edir (yunan-Roma güləşçisi). İkinci pillədə Həsrət Cəfərov (yunan-Roma güləşçisi) qərarlaşır. 3-lüyü Giorgi Meşvildişvili (sərbəst güləşçi) tamamlayır. Hər üç idmançının aktivində 400 xal var.
Olimpiya çempionumuz Zelim Kotsoyev (cüdo) 350 xalla 4-cüdür. Osman Nurmaqomedov isə (sərbəst güləş) 340 xalla 5-ci pillədə yer alıb.
Həmçinin 10-luqda Zelim Tçkayev (cüdo, 330 xal), Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal), Elcan Hacıyev (cüdo, 310 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 250 xal), Arseniy Djioyev (sərbəst güləş, 250 xal) qərarlaşıblar.












