“Qarabağ”ın daha bir neçə futbolçusu ölkəsinin millisinə çağırılıb. Matc.az xəbər verir ki, Yassin Benzia yığma həsrətinə son qoyub. Yarımmüdafiəçi 2018-ci ildən bəri ilk dəfə Əlcəzair millisinə dəvət alıb. Afrika qitəsinin təmsilçisi martın 23-də Boliviya, 27-də isə CAR-la yoldaşlıq matçına çıxacaq.