Rəşad Sadıqov: "Mərhələni keçməyə yaxın olan tərəf biz idik"
Futbolçularıma təşəkkür edirəm. Bu mövsüm keçirdiyimiz ən yaxşı oyunlardan biri oldu. Mərhələni keçmək üçün əllərindən gələni etdilər. Hər iki matça görə mərhələni keçməyə yaxın olan tərəf biz idik. Amma rəqib qazandığı 3 penaltini qola çevirib yarımfinala yüksəldi.