"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Premyer Liqada 660 quru dəqiqə limitini arxada qoyub. Matc.az xəbər verir ki, o, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşmək üçün vacib olan göstəricini "Keşlə" ilə II turun matçında arxada qoyub - 0:0.
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasında bu postda 50-ci oyununu keçirib. Matc.az xəbər verir ki, 2018-ci ilin yayında paytaxt təmsilçisinin "sükanı arxası"na keçən mütəxəssis komandanı 2018/19 mövsümünün 28, 2019/20 mövsümünün 20 matçına çıxarıb.
Azərbaycan Premyer Liqasının II turu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov üçün yubileylə əlamətdar olub. Matc.az xəbər verir ki, gənc mütəxəssis karyerasında 100-cü oyununu keçirib.
Matc.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak Türkiyə Super Liqasının I turunda "Qaziantep" üzərində qələbə qazandıqları (3:1) matç barədə danışarkən deyib.
"Qalatasaray"ın daha bir futbolçusu Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı oynamayacaq. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin yeni transferi Peter Etobo görüşdə forma geyinə bilməyəcək.
"Neftçi" ilə matçın çətin olacağını bilirdik. Bu rəqibə qarşı səfər oyunu hər komanda üçün 2 qat çətinlik yaradıb. Görüşə yaxşı nəticə qazanmaq üçün çıxmışdıq"
"Neftçi"nin heyətinə qatmaq istədiyi Dmitris Kolovosun yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını Moldovada davam etdirəcək.
2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatması Hamburq şəhərində olacaq. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 24 komandanın qatılacağı mərasim 2023-cü ilin dekabrında Elbe Filarmoniyasında keçiriləcək.
Azərbaycan U-21 millisinin üzvü Mustafa Yıldırım karyerasını Fransada davam etdirə bilər. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Lill" 18 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.