Emil Balayev 38-ci qapıçı oldu
Misli Premyer Liqasının XX turu Emil Balayev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, “Neftçi”nin qapıçısı Azərbaycan çempionatlarında 100-cü matçını keçirib. Onun yubileyi “Araz-Naxçıvan”la səfər görüşünə (1:2) təsadüf edib. Emil bu görüşlərdə 126 top buraxıb.