Futbol üzrə UEFA çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Matc.az xəbər verir ki, son oyun günündə daha beş qarşılaşma baş tutub.
Türkiyənin turnirdəki təmsilçilərindən olan "Başakşəhər" doğma azarkeşləri önündə Yunanıstan "Olimpiakos"unu qəbul edib və məğlubiyyətlə üzləşib.
Rusiyanın "Krasnodar" klubu da "Portu" ilə ev oyununda minimal hesabla uduzub.
UEFA çempionlar Liqası
III təsnifat mərhələsinin ilk oyunları
6 avqust
APOEL (Kipr) – Qarabağ (Azərbaycan) 1:2
Qol: Merkis, 90+5 – Emreli, 54. Qeye, 69.
PAOK (Yunanıstan) – Ayaks (Hollandiya) 2:2
Qol: Akpom, 32. Matoş, 39 – Ziyex, 10. Huntelaar, 57.
Dinamo (Zaqreb, Xorvatiya) – Ferentsvaroş (Macarıstan) 1:1
Qol: Olmo, 7 – Siqer, 60.
Brügge (Belçika) – Dinamo (Kiyev, Ukrayna) 1:0
Qol: Vanaken, 37-pen.
Srvena Zvezda (Serbiya) – Kopenhagen (Danimarka) 1:1
Qol: Pavkov, 44 – Vind, 84-pen.
7 avqust
Krasnodar (Rusiya) – Portu (Portuqaliya) 0:1
Qol: Oliveyra, 89.
Başakşəhər (Türkiyə) – Olimpiakos (Yunanıstan) 0:1
Qol: Masuras, 53.
Bazel (İsveçrə) – LASK (Avstriya) 1:2
Qol: Zuffi, 87 – Trauner, 50. Klauss, 82.
çFR (Rumıniya) – Seltik (Şotlandiya) 1:1
Qol: Rondon, 28 – Forrest, 37.
Maribor (Sloveniya) – Rusenborq (Norveç) 1:3
Qol: Tavares, 70 – Soderlund, 50; 64. Yensen, 71.