Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, burdan final mərhələsinə yollanan 20 komandanın adına artıq aydınlıq gəlib.

Yığmaların püşkatma zamanı hansı səbətdə yer alacaqları da məlumdu. Komandalar seçmə mərhələdə göstərdikləri nəticələrə uyğun səbətlərə bölünüblər.

Noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək tədbirə 20 milli və pley-off mərhələsinin 4 qalibi qatılacaq. Pley-offdan gələcək komandalar 4-cü səbətdə yer alacaq.

Bundan başqa, meydan sahibi olan iştirakçıların qrupları da bilinir. Bu, bəzi rəqiblərin müəyyənləşməsinə də səbəb olub. Belə ki, Rusiya ilə Danimarkanın B qrupunda yer alacağı dəqiqdi.

1-ci səbətin 4 komandası ev sahibi olduğundan, onların qrupları öncədən məlum idi. Ukrayna Rusiya ilə eyni qrupa düşə bilməz. Bu da Belçikanın B qrupuna düşməsi, Danimarka və Rusiyaya rəqib olması deməkdi. Ukrayna da C qrupunda Hollandiya ilə mübarizə aparacaq. Bir sözlə, I səbətin bütün iştirakçılarının qrupu məlumdu.

 

I səbət

Belçika (B qrupu)

İtaliya (A qrupu)

İngiltərə (D qrupu)

Almaniya (F qrupu)

İspaniya (E qrupu)

Ukrayna (C qrupu)

 

II səbət

Fransa

Polşa

İsveçrə

Xorvatiya

Hollandiya (C qrupu)

Rusiya (B qrupu)

 

III səbət

Portuqaliya

Türkiyə

Danimarka (B qrupu)

Avstriya

İsveç

çexiya

 

IV səbət

Uels

Finlandiya

A yolunda pley-offun qalibi

B yolunda pley-offun qalibi (E qrupu)

C yolunda pley-offun qalibi (D qrupu)

D yolunda pley-offun qalibi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest