Futbol üzrə UEFA çempionlar Liqasında 2019/20 mövsümünün ən yaxşısı adına namizəd futbolçuların adları açıqlanıb.
 
Matc.az xəbər verir ki, namizədlər ötən mövsüm çL-in qrup mərhələsində iştirak etmiş klubların baş məşqçiləri, eləcə də UEFA-ya üzv olan 55 ölkənin jurnalistləri arasında aparılan səsvermə nəticəsində müəyyənləşib.
 
UEFA hər ampluada üç futbolçunu fərqləndirib. Ən yaxşıların adı oktyabrın 1-də keçiriləcək 2020/21 mövsümünün qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq.
 
Qapıçılar: Keylor Navas (PSJ), Manuel Noyer (Bavariya), Yan Oblak (Atletiko);
 
Müdafiəçilər: David Alaba (Bavariya), Alfonso Deyvis (Bavariya), Yozua Kimmix (Bavariya);
 
Yarımmüdafiəçilər: Kevin De Breyne (Mançester Siti), Tomas Müller (Bavariya), Tyaqo Alkantara (Bavariya);
 
Hücumçular: Robert Levandovski (Bavariya), Kilian Mbappe (PSJ), Neymar (PSJ).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest