16 Oktyabr 2020, 19:25
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Mançester Yunayted"lə qarşılaşacaq Fransa çempionu PSJ bu oyuna ciddi itki ilə çıxacaq.
Matc.az xəbər verir ki, komandanın əsas hücumçusu Mauro İkardi "qırmızı şeytanlar"a qarşı oynamayacaq.
Bunu Paris təmsilçisinin baş məşqçisi Tomas Tuxel bəyan edib. O, futbolçunun zədədən əziyyət çəkdiyini və bir müddət məcburi istirahət edəcəyini söyləyib. Baş məşqçinin sözlərinə görə, forvard Liqa 1 çərçivəsində "Nim"lə görüşdə də forma geyinməyəcək.
Qeyd edək ki, İkardi bu mövsüm Fransa çempionatında meydana çıxdığı 4 oyunda 2 qola imza atıb.
PSJ – "Mançester Yunayted" matçı oktyabrın 20-də keçiriləcək.