"Hələ də bir-birimizlə ünsiyyət qururuq, həmişə ona minnətdar olacağam. İndi ona meydan oxumaq üçün yaxşı fürsətdir"

"Kiyevə əsl oyun göstərməyə gəlmişik". Matc.az xəbər verir ki, bunu "Yuventus"un baş məşqçisi Andrea Pirlo deyib.

Turin təmsilçisi bu gün çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Kiyevdə "Dinamo" ilə qarşılaşacaq.

Qarşılaşma barədə danışan Pirlo bildirib ki, komandası rəqibə meydan oxuyacaq: "PlayStation oynamayacağam, amma vərdişlərimi dəyişdirmirəm. Rəqibin baş məşqçisi Mirça Luçesku mənim ilk məşqçimdi, məni 15 yaşımda əsas komandaya gətirdi və 16 yaşında debüt etdim. Hələ də bir-birimizlə ünsiyyət qururuq, həmişə ona minnətdar olacağam. İndi ona meydan oxumaq üçün yaxşı fürsətdir. Sakitəm, çempionlar Liqasında məşqçi kimi ilk oyunum olacaq. Amma bu turnirlərdə və qruplarda ilk oyun çox vacibdir".

Qeyd edək ki, "Dinamo" – "Yuventus" görüşü bu gün baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest