Rusiyanın "Krasnodar" komandasının iki futbolçusu və baş məşqçisi koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
öncə yarımmüdafiəçi Remi Kabella və hücumçu Yevgeni Markovun koronavirus testləri müsbət nəticə verib. Həmin futbolçular təcrid edilib və hazırda həkim nəzarətindədir. Onların durumunun yaxşı olduğu diqqətə çatdırılıb. Komandadakı digər oyunçuların test nəticəsi mənfi olub.
 
"Krasnodar" baş məşqçisi Murad Musayevdə də koronavirus aşkarlandığını bəyan edib. Futbolçulardan fərqli olaraq, 36 yaşlı rus mütəxəssisin durumu daha ağırdı və müalicə alır. 
 
Qeyd edək ki, "Krasnodar" bu gün UEFA çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Fransanın "Renn" klubunun qonağı olacaq. Musayev, Kabella və Markov isə Fransaya aparılan heyətdə yer almayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest