20 Oktyabr 2020, 21:01
ÇEMPİONLAR LİQASI
Madrid "Real"ının kapitanı Serxio Ramos UEFA çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda iştirak etməyəcək.
Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Təcrübəli oyunçu La Liqanın 6-cı turunda evdə "Kadis"ə 0:1 hesabı ilə uduzduqları oyunda zədələnib. Bu üzdən də 34 yaşlı müdafiəçi Donetsk "Şaxtyor"u (Ukrayna) ilə matçı buraxacaq.
Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Real" - "Şaxtyor" qarşılaşmasına Bakı vaxtı ilə saat 20:55-də start veriləcək.