21 Oktyabr 2020, 01:27
ÇEMPİONLAR LİQASI
Türkiyə çempionu "Başakşəhər"in yarımmüdafiəçisi Mehmet Topal daha bir ilkə imza atıb.
Matc.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü UEFA çempionlar Liqasında 3 onillikdə (2000, 2010 və 2020) meydana çıxan ilk türk futbolçu kimi tarixə düşüb.
O, bunu ötən gecə Almaniyanın "Leyptsiq" klubu ilə səfər oyununda meydana çıxmaqla rəsmiləşdirib. Komandası bu oyunda 2 cavabsız qola üzülsə də, matç Topal üçün əlamətdar olub.
Xatırladaq ki, Topal geridə qalan mövsümün qalibi olmaqla da ilkə imza atmışdı. O, "Qalatasaray" və "Fənərbaxça"dakı çempionluqlarından sonra "Başakşəhər"lə də çempionluq sevinci yaşamaqla 3 fərqli klubla Türkiyə çempionu olan ilk futbolçuya çevrilmişdi.
Xatırladaq ki, Mehmet Topal UEFA çempionlar Liqasındakı ilk matçına 2006-cı ildə "Qalatasaray"ın heyətində çıxıb.