Bu gün futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçirilib.

Matc.az xəbər verir ki, A, B, C və D qrupları çərçivəsində daha 8 matç baş tutub.

Turnirin son qalibi "Bavariya" Almaniyada "Atletiko" ilə görüşüb və rəqibini darmadağınla yola salıb. A qrupunda keçirilən digər qarşılaşmada "Zalsburq" "Lokomotiv"i qəbul edib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

B qrupunda yer alan çempionlar Liqasının ən titullu komandası "Real" Madriddə "Şaxtyor"la, "İnter" Milanda "Borussiya" (Münhenqladbax) ilə üz-üzə gəlib. İspaniya nəhənginin gözlənilməz məğlubiyyətlə üzləşdiyi gündə İtaliya təmsilçisi də almanlarla heç-heçəyə razılaşıb.

C qrupunun favoriti "Mançester Siti" "Portu"nu məğlub edib. Marsel "Olimpik"i isə "Olimpiakos"un qonağı olub və minimal hesabla uduzub.

İngiltərə çempionu "Liverpul" Niderland səfərində "Ayaks"la üz-üzə gəlib və minimal hesabla üstün olub. Danimarkada baş tutan qrupun digər qarşılaşmasında isə "Midtyulland" "Atalanta"ya böyük hesabla məğlub olub.

UEFA çempionlar Liqası
Qrup mərhələsi

21 oktyabr

A qrupu

"Zalsburq" (Avstriya) – "Lokomotiv" (Moskva, Rusiya) 2:2
Qol: Soboslay, 45. Yunusoviç, 50 – Eder, 19. Lusakoviç, 75.

"Bavariya" (Almaniya) – "Atletiko" (İspaniya) 4:0
Qol: Koman, 28; 72. Qoretska, 41. Tolisso, 66.

B qrupu

"Real" (İspaniya) – "Şaxtyor" (Donetsk, Ukrayna) 2:3
Qol: Modriç, 54. J.Vinisius, 59 – Tete, 29. Varan, 33-öz qapısına. Solomon, 42.

"İnter" (İtaliya) – "Borussiya" (Münhenqladbax, Almaniya) 2:2
Qol: Lukaku, 49; 90 – Bensebaini, 63-pen. Hofmann, 85.

C qrupu

"Mançester Siti" (İngiltərə) – "Portu" (Portuqaliya) 3:1
Qol: Aquero, 21-pen. İ.Gündoğan, 65. Torres, 73 – Luis Dias, 14.

"Olimpiakos" (Yunanıstan) – "Olimpik" (Marsel, Fransa) 1:0
Qol: Koka, 90+1.

D qrupu

"Ayaks" (Niderland) – "Liverpul" (İngiltərə) 0:1
Qol: Talyafiko, 35-öz qapısına.

"Midtyulland" (Danimarka) – "Atalanta" (İtaliya) 0:4
Qol: Sapata, 26. A.Qomes, 36. Muriel, 42. Mirançuk, 89.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest