"Barselona"nın hücumçusu Ansu Fati UEFA çempionlar Liqasının (çL) tarixinə düşüb.
 
Matc.az xəbər verir ki, gənc forvard buna qrup mərhələsinin ilk turunda Macarıstanın "Ferentsvaroş" klubu ilə ev oyununda fərqlənərək nail olub.
 
"Nou Kamp"dakı matçda ikinci qolun müəllifi olan Fati bu turnirdə 18 yaşına çatmamış iki qol vuran ilk futbolçu ünvanına yiyələnib. O, çL-də ilk qolunu 2019-cu ilin dekabrında "İnter"lə matçda vurub.
 
Qeyd edək ki, "Barselona" "Ferentsvaroş" üzərində 5:1 hesablı qələbəyə sevinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest