"Barselona"nın niderlandlı baş məşqçisi Ronald Kuman UEFA çempionlar Liqasında 6-ci klubla debüt edib.
 
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis bu yay baş məşqçi təyin olunduğu Kataloniya klubunu ilk avrokubok sınağına çıxarıb.
 
Bunadək niderlandlı 5 müxtəlif komanda ilə qitənin ən nüfuzlu klub turnirində iş başında olmuşdu. 57 yaşlı mütəxəssis daha öncə "Alkmaar", "Valensiya", PSV, "Benfika" və "Ayaks"ı da çalışdırıb.
 
Kuman 6-ya çatmaqla Joze Mourinyo, Klaudio Ranyeri və Rafael Benitesin göstəricisini təkrarlayıb.
 
Mütləq rekord isə Karlo Ançelottiyə məxsusdur. İtaliyalı 8 klubla çempionlar Liqası matçına çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest