30 Oktyabr 2020, 13:14
ÇEMPİONLAR LİQASI
İtaliyanın "İnter" klubu ciddi itki ilə üzləşib.
Matc.az xəbər verir ki, Milan təmsilçisinin hücumçusu Romelu Lukaku sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belçikalı futbolçu UEFA çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Donetsk "Şaxtyor"u ilə (Ukrayna) oyunda (0:0) zədələnib. Müayinədən keçən forvardın sol budundan zədə aldığı bildirilir. Belçikalı futbolçunun sağalacağı vaxtla bağlı məlumat verilməyib.
Lukakunun çempionlar Liqasının növbəti turunda keçiriləcək "Real"la oyunda iştirakı sual altındadır.