UEFA çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Danimarka "Midtyulland"ı ilə qarşılaşacaq Niderlandın "Ayaks" klubunun kollektivi bu oyundan öncə koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, testlər nəticəsində sözügedən komandanın 11 futbolçusunda koronavirus aşkarlanıb.
 
Məhz bu üzdən "Ayaks" Danimarkada baş tutacaq səfər oyununa 17 futbolçu ilə yollanıb. Andre Onana, Marten Stekelenburq, Davi Klassen, Rayan Qravenberx və Duşan Tadiç kimi önəmli oyunçular səfərə aparılmayıb.
 
Qeyd edək ki, noyabrın 3-də keçiriləcək "Midtyulland" - "Ayaks" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest